...

Aİ-nin mülki missiyası İrəvana yola düşür - Toivo Klaar

Siyasət Materials 14 Oktyabr 2022 10:21 (UTC +04:00)
Aİ-nin mülki missiyası İrəvana yola düşür - Toivo Klaar
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) mülki missiyası bu gün İrəvana gedəcək.

Trend-in məlumatına görə, bunu cümə günü Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz "Twitter" səhifəsində yazıb.

"Missiyanın məqsədi Azərbaycanla sərhəddə vəziyyətin monitorinqini aparmaq və iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləməkdir", - deyə o yazıb.

Qeyd edək ki, missiyanın sərhəddə yerləşdirilməsi məsələsi oktyabrın 7-də Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin dördtərəfli görüşü zamanı müzakirə olunub.

Aİ və Fransa Azərbaycan ərazisində monitorinq keçirəcək missiya yaratmağa çalışsalar da, Azərbaycan bu fikrə qarşı çıxıb və bundan sonra missiyanın yalnız Ermənistan ərazisində fəaliyyət göstərməsi razılaşdırılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti