...

Aİ XİN rəhbərləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini razılaşdırıb

Siyasət Materials 17 Oktyabr 2022 12:51 (UTC +04:00)
Aİ XİN rəhbərləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini razılaşdırıb

Bakı. Trend:

Avropa İttifaqıın (Aİ) 27 üzv ölkəsinin XİN rəhbərləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini razılaşdırıb.

Trend-in bu gün verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının açıqlamasında deyilir.

"Bu gün Aİ-nin 40 ekspertinin Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfdən monitorinqi, regiondakı vəziyyətin təhlili və hesabatlılıq məqsədilə göndərilməsi qərara alınıb", - açıqlamada deyilir.

Qeyd olunur ki, missiyanın çevik şəkildə işə başlamasını təmin etmək üçün monitorinq ekspertlərinin müvəqqəti olaraq Gürcüstandakı Aİ Müşahidəçilər Missiyasının tərkibindən göndərilməsi qərara alınıb.

Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.

Qeyd edək ki, missiyanın sərhəddə yerləşdirilməsi məsələsi oktyabrın 7-də Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin dördtərəfli görüşü zamanı müzakirə olunub.

Aİ və Fransa Azərbaycan ərazisində monitorinq keçirəcək missiya yaratmağa çalışsalar da, Azərbaycan bu fikrə qarşı çıxıb və bundan sonra missiyanın yalnız Ermənistan ərazisində fəaliyyət göstərməsi razılaşdırılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti