Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında atılacaq hər bir müsbət addım bizim də münasibətlərimizə müsbət təsir göstərəcək.
Trend-in məlumatına görə, bunu cümə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
"Şərq-Qərb Orta Dəhlizi region üçün həyati əhəmiyyət daşıyır. Bu, həm də Avropanın xeyrinə olacaq. Tərəflər arasında istənilən müsbət addımı hər zaman dəstəkləyirik", - deyə o bildirib.
“ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi barədə də danışan türkiyəli nazir bu addımı təşkilatın normalarına zidd adlandırıb:
"Bu təşkilat həll olunmazlığın mərkəzinə çevrilib" , - M.Çavuşoğlu bəyan edib.