...

ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə sadiqdir - Dövlət Departamenti

Siyasət Materials 26 Oktyabr 2022 11:29 (UTC +04:00)
ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə sadiqdir  - Dövlət Departamenti
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməyə sadiqdir.

Trend-ə verilən məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays oktyabrın 25-də keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ iki ölkə nümayəndələrinin görüşlərinin onlar üçün uyğun olan istənilən formatını dəstəkləyir.

"Hesab edirik ki, birbaşa dialoq dayanıqlı sülhün əldə olunmasına və digər problemlərin həllinə aparan yoldur. Ona görə də dövlət katibi Blinken sentyabr ayında öz həmkarları, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Nyu-Yorka dəvət etmişdi", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti