...

Beş iqtisadi amil Arizonada aralıq seçkilərin nəticələrini müəyyənləşdirəcək - Corc Hammond (FOTO)

Siyasət Materials 4 Noyabr 2022 10:37 (UTC +04:00)
Beş iqtisadi amil Arizonada aralıq seçkilərin nəticələrini müəyyənləşdirəcək - Corc Hammond (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Finiks. Trend:

ABŞ-da, xüsusən də Arizona ştatında Konqresə aralıq seçkilərə təsir edəcək ən başlıca iqtisadi amillər inflyasiya, təhsil, mənzillərin əlçatanlığı, vergi və normativ siyasət, eləcə də su problemidir.

Bunu Finiks şəhərində cümə günü Trend-ə müsahibəsində Eller İdarəçilik Kollecinin İqtisadiyyat və biznes mərkəzinin direktoru Corc Hammond deyib.

"Finiksdə inflyasiya ümumilikdə ABŞ-la müqayisədə daha sürətlidir, mənzil qiymətləri yüksəlir", - deyə o bildirib.

Seçkilərin nəticələrinin Arizonadakı iqtisadi vəziyyətə mümkün təsirinə toxunan C.Hammond bildirib ki, bu, seçkilərdə kimin qalib gələcəyindən və hansı siyasəti yürüdəcəyindən asılıdır, bunu isə proqnozlaşdırmaq çətindir.

Arizona ştatının xüsusiyyətlərindən danışan C.Hamond qeyd edib ki, ştat əhali sayına görə ABŞ-da 14-cüdür.

"Arizona latın amerikalı əhalinin sayına görə 6-cı yerdədir. Ştatda adambaşına düşən gəlir orta göstəricidən aşağıdır, Finiksə inflyasiya isə ümumilikdə ABŞ-ın göstəricilərini üstələyir. 2022-ci ilin avqustunda ABŞ-da inflyasiya 8,3 faiz, Arizonada 13 faiz təşkil edib. Arizona əmək bazarında işçi qüvvəsinə tələbat çox yüksəkdir. İqtisadiyyatın yavaşlaması ilə əmək bazarı zəifləyəcək, əməkhaqlarının artımı da ləngiyəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti