...

Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin istisnasız xidmətləri var - Türkiyə Prezident Administrasiyası

Siyasət Materials 12 Noyabr 2022 10:08 (UTC +04:00)
Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin istisnasız xidmətləri var - Türkiyə Prezident Administrasiyası

Bakı. Trend:

Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin simasında Azərbaycanın istisnasız xidmətləri var.

Bu barədə bu gün Trend-ə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycan hər zaman türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsi üçün çalışıb, eyni zamanda digər ölkələrlə də mehriban qonşuluq siyasəti yürüdüb:

"Türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsi yalnız və yalnız regionun rifahına xidmət edir. Dövlətlərimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələr hər zaman yüksək səviyyədə olub və bundan sonra daha da möhkəmlənəcək və Azərbaycan bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib", - Administrasiyanın açıqlamasında deyilib.

Əlavə edilib ki, türk dünyasının coğrafi sərhədləri kiçik deyil və strateji əhəmiyyətə malikdir.

"Coğrafi, mədəni, iqtisadi və siyasi əlaqələrimiz bu bölgənin bundan sonra da öz aktuallığını qoruyub saxlamaqla yanaşı, cazibə mərkəzi olacağını söyləməyə əsas verir.

Heç şübhəsiz, bütün bunlarda Azərbaycanın rolu həddən artıq böyükdür",- açıqlamada vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti