...

“Siyasi partiyalar haqqında” qanun güclü siyasi partiyaların formalaşdırılmasına təşviq edəcək - Sevil Mikayılova

Siyasət Materials 24 Noyabr 2022 17:25 (UTC +04:00)
“Siyasi partiyalar haqqında” qanun güclü siyasi partiyaların formalaşdırılmasına təşviq edəcək - Sevil Mikayılova

Bakı. Trend:

Azərbaycanda bir çox sahələrdə olduğu kimi, siyasi partiyalar haqqında qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi zərurəti yaranıb.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 30 il bundan əvvəl qəbul olunub və yenilənmiş qanunun qəbul olunması cəmiyyətdə mövcud olan fikir və düşüncə azadlıqlarının siyası hərəkatların sıralarında təşkilatanmasını təmin edəcək.

"Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi mövcud siyasi partiya rəhbərləri, siyasi xadimlərin iştirakı ilə müzakirə olunub və bu ictimai müzakirələr kifayət qədər konstruktiv məcrada aparılıb. Geniş fikir mübadiləsi nəticəsində 47 siyasi partiya tərəfindən 250-dən çox təklif alınıb. Son müzakirələrdən sonra ümumilikdə qanun layihəsinə texniki, eləcə də mahiyyət xarakterli 66 düzəliş edilib.

Cari il iyulun 26-da Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə mediada açıqlama verilib. Hətta ilk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin, komitələrin iclaslarına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Bu, Milli Məclisin müzakirələrə açıq olduğunu və ictimai rəyi nəzərə almaqla daha təkmil sənədin qəbul olunmasına hazır olduğunu göstərir.", - deyə S.Mikayılova əlavə edib.

Deputat qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı siyasi partiyaların təklifləri ilə yanaşı, beynəlxalq təcrübə də öyrənilib: "Qanun layihəsinin ictimai müzakirələrində parlamentdə təmsil olunan və olunmayan partiyalar iştirak edib. Sənəd siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi ilə hazırlanıb və bu sahəddə dövrün tələbinə uyğun normalar nəzərə alınıb. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub".

S.Mikayılova onu da əlavə edib ki, “Siyasi partiyalar haqqında” qanun siyasi sistemin təkmilləşnəsinə xidmət edəcək, güclü siyasi partiyaların formalaşmasını təşviq edəcək, cəmiyyətdə sağlam siyasi münasibətlərin qurulması və bundan sonra da demokratik əsaslarla inkişaf etməsi üçün möhkəm hüquqi özül yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti