...

İranda İbrahim Rəisinin hakimiyyətə gəlişindən sonra Azərbaycanla münasibətlər kiifayət qədər kəskinləşib - ŞƏRH

Siyasət Materials 26 Noyabr 2022 21:02 (UTC +04:00)
İranda İbrahim Rəisinin hakimiyyətə gəlişindən sonra Azərbaycanla münasibətlər kiifayət qədər kəskinləşib - ŞƏRH

Bakı. Trend:

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, İran adlanan ölkənin teokratik rejimi ilə aramızda hər zaman problemlər olub. Daha doğrusu, bu problemləri molla rejimi, onun təhdidlə öz yanına çəkdiyi, zombiləşdirdiyi, muzdla ələ aldığı tör-töküntüləri yaradıb. Hələ SSRİ-nin süqutundan öncə, ermənilər Qarabağın Azərbaycandan qopardılması kampaniyasına başlayanda, ölkəmizdə buna qarşı başlayan, daha sonra isə istiqlal uğrunda xalq hərəkatına çevrilən proseslər cərəyan edəndə, Tehranın dini-siyasi hakimiyyəti bundan istifadə etməyə, Azərbaycanda da özünəbənzər mutant bir rejim formalaşdırmağa cəhdlər göstərirdi. Ələ aldığı antimilli elementlər vasitəsilə saxta ideologiyasını kütlələr arasında təbliğ etməyə çalışır, emissarlarını ayrı-ayrı bölgələrə göndərir, özünə tərəfdarlar toplamağa cəhd göstərirdi. 1993-cü ilin sonlarından etibarən Azərbaycanda real dövlət və hakimiyyət formalaşandan sonra molla rejimi onun iç üzünə bələd olan, saxta ideologiyasını və siyasətini ifşa edən insanları aradan götürməklə, terror təhlükəsi yaratmaqla, Ermənistana Azərbaycan torpaqlarını ifşa etmək üçün hərtərəfli dəstək verməklə, dünyəvi, demokratik inkişaf yolumuzu kəsməyə, bizi öz təsiri altında saxlamağa çalışdı və buna nail ola bilmədi. İran Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalananda da, Xəzərin hüquqi statusu ilə bağlı məsələ müzakirəyə çıxarılanda da, Azərbaycan neftini və qazını dünya bazarına çıxaran layihələr həyata keçiriləndə də saysız-hesabsız təxribatlara əl atdı. Əgər bugünədək Azərbaycana qarşı həyata keçirilən kəşfiyyat-pozuculuq fəaliyyəti, terror və terrora cəhd faktları ilə bağlı təhqiqat, ilkin və məhkəmə istintaqı ilə bağlı məlumatlar və sənədlərdə yer alan statistikaya nəzər salsaq, İranın ilk sırada, hətta Ermənistandan da xeyli öndə dayandığını müəyyənləşdirə bilərik.

Bütün bunlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən öncəki zaman kəsiyində Azərbaycan İranın bütün ideoloji, siyasi və digər təxribatlarının qarşılığında molla rejiminin haqq yoluna gəlməsi, yaxın qonşuluq münasibətlərini qoruması üçün əlindən gələni əsirgəməyib və ölkəmizin ərazisindən İranın maraqlarını təhdid edən heç bir fəaliyyət gerçəkləşdirilməyib.

İranın İbrahim Rəisidən öncəki prezidentləri - Hatəmi, Əhmədinejad və Ruhani də görüntü naminə də olsa, Azərbaycanla münasibətlərin indiki kimi kəskin ziddiyyətli bir mərhələyə qədəm qoymasında maraqlı olmadıqlarını nümayiş etdiriblər. Amma İbrahim Rəisinin hakimiyyətə gəlişindən, xüsusilə də Azərbaycanın qələbəsindən sonra, münasibətlər kiifayət qədər kəskinləşib. Bu da onu sübuta yetirir ki, Rəisi və məzhəb pərdəsinə bürünmüş panfarsçı dairələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcə biləcəyinə, işğalçını öz torpaqlarından qovacağına inanmayıblar və təbii ki, bunu istəməyiblər. Şübhəsiz ki. Rəisidən əvvəlki prezidentlər də Azərbaycanın öz ərazi bütövlüyünü arzulamayıblar və işğalın davam etməsi üçün Ermənistana hərtərəfli dəstək veriblər. Amma "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" kimi xain bəyanatlar da verməyiblər. Həmçinin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızın işğal altında olduğu 30 il ərzində İran rəsmilərindən heç kim, "Azərbaycanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" bəyanatını dilə gətirməyib. Amma Azərbaycan işğalçını öz torpaqlarından qovduqdan sonra Tehran rejiminin təmsilçiləri "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" cümləsini "İran saqqızı" kimi gecə-gündüz "çeynəməkdən" yorulmurlar. Bu onu sübuta yetirir ki. İranın molla rejiminin dərdi Azərbaycanladır. Azərbaycan torpaqları işğal altında olanda bu onların işinə yarayırdı, çünki ərazis ermənilər tərəfindən işğal edilən bir ölkə və onun siyasi sistemi, dövlət modeli İran adlanan ölkədə, öz tarixi Vətənlərində - Güney Azərbaycanda yaşayan azərbaycanlılar və digər qardaş türk xalqları üçüb cazibədar ola bilməzdi. Zəfərdən sonra isə gözü ilə gördüklərinə inanmağı bacaran hər kəs kimi İran adlanan ölkənin vətəndaşları da Azərbaycanın timsalında milli özünüdərk və inkişaf platforması üzərində qurulan uğurlu dövlət modelini görür və yaşadıqları ölkənin xalqlar hənsxanası olduğunu başa düşürlər. İran Azərbaycan Respublikasının qalib obrazını, cazibədarlığını, özünəinamını həzm edə bilmir və molla rejiminin qəzəbli qısqanclığının səbəbi də buradadır.

Prezidentimiz ölkəmizin mövqeyi ilə bağlı fikirlərini ADA Universitetində keçirilən beynəlxalq konfransda ifadə etdi və bildirdi ki, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik. Bu baxımdan, hər kəs Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin sözlərindən öz payını götürməli, nəticə çıxarmalıdır.

Elçin Mirzəbəyli
Siyasi şərhçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti