...

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu regional əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Siyasət Materials 1 Dekabr 2022 09:06 (UTC +04:00)

Bakı. Trend:

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti