...

Azərbaycanla Ermənistan arasında həll olunmamış bütün dolaşıq məsələləri yaxın gələcəkdə razılaşdırmaq qeyri-realdır - Nazir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Dekabr 2022 15:48 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında həll olunmamış bütün dolaşıq məsələləri yaxın gələcəkdə razılaşdırmaq qeyri-realdır - Nazir (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında həll olunmamış bütün dolaşıq məsələləri yaxın gələcəkdə razılaşdırmaq qeyri-realdır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

"Azərbaycanın hazırlayıb Ermənistan tərəfinə təqdim etdiyi sənəd layihəsi də çox sadə sənəddir. Ermənistan tərəfinin ilk şərh paketi ondan ibarət idi ki, o, bu sənədi çərçivə sazişi formatına çevirir və bu da öz növbəsində özünə bir sıra digər sazişləri də daxil etməli idi. Biz hesab edirik ki, “hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır” prinsipi yaxşı səslənə bilər, lakin qısa müddət ərzində Ermənistan və Azərbaycan arasında bütün ziddiyyətlər haqqında razılığa gəlmək mümkün görünmür”, - deyə Bayramov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti