Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə hərbi təliminin uğurla başa çatmasından sonra telefonla danışdığı iki ölkənin ordu şəxsi heyətini təbrik edib.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətində bildirib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan gələcək üçün daha da güclənərək bu təlimlərlə həmrəylik və əməkdaşlığı davam etdirəcək.
"Siz bir millət, iki dövlət anlayışı ilə bu təlimi uğurla həyata keçirdiniz. Dostlara güc, düşmənlərə qorxu verdiniz. Bu güc sonrakı əməliyyatlarda ən vacib dinamizminiz olacaq. Türkiyə-Azərbaycan gələcək üçün daha da güclənərək bu təlimlərlə həmrəylik və əməkdaşlığı davam etdirəcək. Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımızı ürəkdən sevirik. Sizi ürəkdən qucaqlayırıq. Bu təlim göstərdi ki, biz bir-birimizlə ət və sümük kimiyik. Bizi heç kim bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcəklər", - deyə R.T.Ərdoğan əlavə edib.