...

Etiraz aksiyasının azərbaycanlı iştirakçıları erməni əsilli həmvətənlərinə təcili tibbi yardım göstərilməsini asanlaşdırmağa hazırdırlar (FOTO/VİDEO)

Siyasət Materials 13 Dekabr 2022 13:20 (UTC +04:00)
Etiraz aksiyasının azərbaycanlı iştirakçıları erməni əsilli həmvətənlərinə təcili tibbi yardım göstərilməsini asanlaşdırmağa hazırdırlar (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Etiraz aksiyasının azərbaycanlı iştirakçıları erməni əsilli həmvətənlərinə təcili tibbi yardım göstərilməsini asanlaşdırmağa hazırdırlar.

Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının liderlərindən biri - Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva bildirib.

O qeyd edib ki, dinc aksiya iştirakçıları bu insanlara operativ tibbi yardım göstərilməsində maraqlıdırlar: "Ermənistan mətbuatında məlumat yayılır ki, erməni əsilli həmvətənlərimizin tibbi yardıma ehtiyacı var və buna görə onlar aksiyamızın keçirildiyi yol boyu hərəkət edirlər. Mən bir qadın və bir ana kimi Xankəndidə, eləcə də Azərbaycanın digər şəhər və kəndlərindəki Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yaşayan vətəndaşlarımızı əmin edə bilərəm ki, biz dinc aksiyanın təşkilatçıları olaraq bu insanlara operativ tibbi yardım göstərilməsində səmimi şəkildə maraqlıyıq. Ona görə də telefon nömrəmi qoyuram. Mənimlə hər zaman əlaqə saxlaya və xəstələrin daşınması ilə bağlı təşkilati məsələləri müzakirə edə bilərlər. Radikalların və millətçilərin qarşısını almaq cəhdlərinə baxmayaraq, məhz insanlar arasında təmaslar vasitəsilə biz bir daha Azərbaycanda dinc və harmonik birgə yaşayışa qayıdacağıq. Aksiya iştirakçıları adından bildirirəm ki, fərdi avtomobillərin keçməsi üçün lazımi yardımı göstərməyə hazırıq. Aksiyanın özü isə davam etdiriləcək”.

Dilarə Əfəndiyeva ilə əlaqə saxlamaq üçün telefon nömrəsi: +994 50 311 02 33.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti