...

Bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib - XİN

Siyasət Materials 29 Dekabr 2022 18:53 (UTC +04:00)
Bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib - XİN

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn təmin edilməsi ilə bölgədə yaranan yeni reallıqlar çərçivəsində maraqlarımızın irəlilədilməsi prioritet təşkil edib. Vətən müharibəsi və Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması nəticəsində Ermənistanla Azərbaycan arasında suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin qurulması 2022-ci ildə xarici siyasətin əsas istiqamətlərindən biri olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Vurğulanıb ki, il ərzində davamlı, ardıcıl və məqsədyönlü addımlar nəticəsində Azərbaycan tərəfindən təşviq edilən sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub, bu dövr ərzində beynəlxalq tərəfdaşların vasitəçiliyi və təşkilatçılığı ilə təmaslar məhz Azərbaycanın təşviq etdiyi gündəlik əsasında Ermənistanla birbaşa ikitərəfli danışıqlar formatında irəlilədilib.

Normallaşma gündəliyi Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin əsaslarını müəyyən edəcək sülh müqaviləsinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası kimi üç əsas istiqamətdə qurulub.

Bu çərçivədə, əsas inkişaflar qismində Azərbaycanın 2021-ci ildə sülh sazişi imzalanması təklifinə uyğun olaraq, sülh sazişi üzrə baza prinsiplərinin cari ilin fevral ayında Azərbaycan tərəfindən hazırlanıb Ermənistana təqdim edilməsini, 2022-ci il oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iki ölkə arasında gələcək münasibətlərin əsasını təşkil edəcək sülh müqaviləsinin mətni üzrə praktiki danışıqların başlanmasını, eləcə də sərhədin delimitasiyası üzrə hər iki tərəfdən müvafiq komissiyaların təsis edilməsi və bu komissiyaların ikitərəfli əsasda görüşlərinin keçirilməsini qeyd etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti