...

Çavuşoğlu ilə Almaniya prezidenti arasında görüş keçirilib

Siyasət Materials 1 Yanvar 2023 23:17 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyada Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri özünün tviter hesabında yazıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Almaniya prezidenti Frank-Valter Ştaynmayerə çatdırdıq. Biz Suriya və NATO-nun genişlənməsini müzakirə etdik”, - M.Çavuşoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti