...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cenevrədə Ali Səviyyəli toplantısı keçiriləcək

Siyasət Materials 4 Yanvar 2023 16:07 (UTC +04:00)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli toplantısı BMT-nin Cenevrə ofisi ilə birgə əməkdaşlıq çərçivəsində 12-13 yanvar tarixlərində Cenevrədə baş tutacaq.

Bu barədə Mərkəzdən Trend-ə bildirilib.

Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində “Parçaları Toplamaq: Bölünmüş Dünyanın Bərpasındakı Çətinliklər” başlığlı ilə keçiriləcək toplantıda sülh və təhlükəsizlik, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru cənab Tedros Adhanom Qhebreyesusun iştirakı ilə qlobal səhiyyə strategiyası, miqrasiya və qaçqın krizisi, multilateralizm və qlobal dünya gündəliyində əsas yer tutan bir çox məsələlər müzakirə olunacaq.

Toplantının açılışında BMT-nin Cenevrə ofisinin baş direktoru xanım Tatyana Valovaya, Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və Dr. İsmail Seragəldin, BMT-nin Cenevrə Ofisinin baş direktorunun aparat rəhbəri David Çıkvaidze, BMT-nin Baş Assembleyasının 75-ci prezidenti Volkan Bozkır və 73-cü prezidenti Mariya Fernanda Espinoza çıxış edəcək.

O cümlədən, Xorvatiyanın sabiq prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Gürcüstanın sabiq prezidenti Giorgi Marvelaşvili, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Belçikanın sabiq baş naziri İv Leterm, Latviyanın sabiq Prezidentləri Raimonds Veyonis və Valdis Zatlers və Ərəb Liqasının sabiq baş katibi Amr Musa daxil olmaqla dünyanın 22 ölkəsindən 13 sabiq prezident, 6 sabiq baş nazir və 10-dan çox sabiq xarici işlər naziri daxil olmaqla 50-dən çox ali səviyyəli qonağın iştirakı nəzərdə tutulub.

Cenevrədə Ali Səviyyəli toplantı çərcivəsində, o cümlədən, 2023-cü ildə keçiriləcək X-cu Qlobal Bakı Forumuna həsr olunan hazırlıq toplantısı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti