Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva respublikamızın xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bu barədə Birinci vitse-prezident "Instagram" səhifəsində paylaşım edib.
"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!", - deyə təbrikdə qeyd olunub.