...

Azərbaycan və ərəb dövlətləri arasındakı əlaqələr daha da güclənəcək – Rufiz Hafizoğlu (VİDEO)

Siyasət Materials 9 Yanvar 2023 14:43 (UTC +04:00)
Azərbaycan və ərəb dövlətləri arasındakı əlaqələr daha da güclənəcək – Rufiz Hafizoğlu (VİDEO)

Bakı. Trend:

Azərbaycan və ərəb dövlətləri arasındakı əlaqələr daha da güclənəcək.

Trend xəbər verir ki, bunu CBC telekanalınının ərəb redaksiyasına açıqlaması zamanı Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu bildirib.

O qeyd edib ki, Azərbaycan xarici siyasətini dialoq və dostluq üzərində qurub.

“Azərbaycan hər zaman xarici ölkələrlə bərabərhüquqlu qarşılıqlı əlaqələrin qurulmasına önəm verib və bundan sonra da bu siyasəti davam etdirəcək. Ərəb dövlətləri ilə əlaqələrin inkişaf etməsi hər iki tərəfin də maraqları daxilindədir”- deyə o bildirib.

R.Hafizoğlu qeyd edib ki, Azərbaycanın İsrail ilə əlaqələrinin yüksək olması ərəb dövlətləri ilə diplomatik münasibətləri dərinləşdirməyə əngəl deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti