...

Prezident İlham Əliyev: İndi biz yeni idarəetmə modeli üzərində işləyirik

Siyasət Materials 10 Yanvar 2023 19:20 (UTC +04:00)
Prezident İlham Əliyev: İndi biz yeni idarəetmə modeli üzərində işləyirik

Bakı. Trend:

İndi biz yeni idarəetmə modeli üzərində işləyirik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Eyni zamanda, mən onu da bir dəfə demişəm, bir daha demək istəyirəm, orada - Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti