...

İsveç səfiri Türkiyə XİN-ə çağırılıb

Siyasət Materials 20 Yanvar 2023 22:46 (UTC +04:00)

Bakı. Trend:

İsveçin Türkiyədəki səfiri Stafan Herstrom Türkiyə XİN-ə çağırılıb.

Trend xəbər verir ki, səbəb olaraq sabah Türkiyənin Stokholmdaki səfirliyi yaxınlığında Qurani-Kərimin yandırılmasına icazənin verilməsi qeyd olunub.

Səfirin diqqətinə çatdırılıb ki, PKK-ya bağlı dairələrin bu cür təxribat xarakterli hərəkətlərinə icazə vermək olmaz.

İsveçin mövqeyinin qəbuledilməz olduğu, müqəddəs dəyərlərin təhqir oluna bilməyəcəyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti