...

ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının tərəfdarıdır - Dövlət Departamenti

Siyasət Materials 27 Yanvar 2023 10:45 (UTC +04:00)
ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının tərəfdarıdır - Dövlət Departamenti
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının tərəfdarıdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

"Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının (Aİ) regionda inamın möhkəmlənməsi və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli şəraitin təmin edilməsi üzrə səylərini təqdir edirik. Biz istər birbaşa tərəfdaşlarımızla, istərsə də regiondakı tərəfdaşlarla sıx əməkdaşlığa davam edirik", - o deyib.

V.Patelin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken bu məsələyə xüsusi diqqət yetirir.

Qeyd edək ki, 2022-ci il oktyabrın 17-də Aİ-nin Xarici İşlər Nazirləri Şurası öz iclasında Cənubi Qafqazda vəziyyətin monitorinqi, təhlili və hesabat verilməsi üçün 40-a yaxın müşahidəçisini Ermənistanın Azərbaycanla sərhədinə göndərməyə qərar verib. Missiyanın ilkin mandatının iki il davam edəcəyi nəzərdə tutulub, operativ qərargahı isə Ermənistanda yerləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti