...

Tehranda səfirliyə hücum açıq-aşkar terrordur - Hacı Surxay Məmmədli

Siyasət Materials 27 Yanvar 2023 16:56 (UTC +04:00)
Tehranda səfirliyə hücum açıq-aşkar terrordur - Hacı Surxay Məmmədli
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücuma münasibət bildirib.

Trend xəbər verir ki, o, bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsinin onu sarsıtdığını deyib.

“Bu gün səhər saatlarında Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi məni bir azərbaycanlı kimi dərindən sarsıtdı. Baş verən terror hadisəsində şəhid olan soydaşımıza uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”, - o qeyd edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti