Bakı. Trend:
Qüdsün Neve Yaakov rayonunda sinaqoqa törədilən terror aktını şiddətlə qınayırıq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.
"Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", - deyə bildirilib.
Qeyd edək ki, "The Jerusalem Post" nəşri xəbər verib ki, Şərqi Qüdsdə Neve Yaakov rayonunda baş verən atışma nəticəsində azı 7 nəfər həlak olub,
Daha on nəfərin yaralandığı bildirilib.
Məlumata əsasən, söhbət, ilkin məlumata görə, sinaqoqun yaxınlığında və ya orada baş verən terror aktından gedir. Polis atəş açan şəxsin güllələnərək öldürüldüyünü bildirib