...

Prezident İlham Əliyev Rəisiyə: Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir

Siyasət Materials 28 Yanvar 2023 22:53 (UTC +04:00)
Prezident İlham Əliyev Rəisiyə: Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir

Bakı. Trend:

Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti