...

Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur - Rauf Əliyev

Siyasət Materials 6 Fevral 2023 10:12 (UTC +04:00)
Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda mühüm məsələlərə toxunmuşdur. Cənab Prezident qeyd etmişdir ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Müzakirə olunan və həll edilən məsələlərin doğrudan da strateji əhəmiyyət daşıdıdığı bildirilmişdir. İki ölkə arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd olunmuşdur.

Energetika sahəsində əməkdaşlığın aktuallığının durmadan artığı xüsusilə vurğulanmış və bildirilmişdir ki, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixçəsi olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, indi bizim əməkdaşlığımız yeni mərhələyə daxil olur: “Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”.

Cənab Prezident İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin uğurla icra edildiyini bildirərək artıq Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildiyini vurğulamışdır. Azərbaycan qaz ixracatını sürətlə artırır ilk növbədə , Avropa İttifaqına. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın göstəricisidir.

Bir sözlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat göstərir ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq ölkələrimiz müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış oldular və əminliklə qeyd etmək lazımdır ki, eyni zamanda həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də uğurlu nəticələr əldə olunacaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti