...

Səfirliyin kamerası vasitəsilə İrandakı terror hadisəsinin gedişatı anbaan izlənilib - XİN (FOTO)

Siyasət Materials 6 Fevral 2023 15:11 (UTC +04:00)
Səfirliyin kamerası vasitəsilə İrandakı terror hadisəsinin gedişatı anbaan izlənilib - XİN (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səfirliyin kamerası vasitəsilə İrandakı terror hadisəsinin gedişatı anbaan izlənilib.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, terrorçu 4 dəqiqə ərzində səfirliyun binası içərisində əməkdaşlara çoxsaylı atəşlər açıb.

"Giriş qapısındakı polis növbətçisi hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edib", - deyə A.Hacızadə vurğulayıb.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti