...

Zəlzələ ilə əlaqədar işləri Ərdoğan özü koordinasiya edir

Siyasət Materials 7 Fevral 2023 15:20 (UTC +04:00)
Zəlzələ ilə əlaqədar işləri Ərdoğan özü koordinasiya edir

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 vilayətə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlər üçün Dövlət İnformasiya Koordinasiya Mərkəzindən koordinasiya işlərini davam etdirəcək.

Trend bu barədə Türkiyə KİV-nə istinadən bildirir.

Qeyd edilib ki, Ərdoğan zəlzələ bölgələrindəki son vəziyyətlə bağlı səlahiyyətlilərdən məlumat alaraq həyata keçirilən işləri koordinasiya edəcək.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti