...

Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki Baş konsuluna başsağlığı verib

Siyasət Materials 7 Fevral 2023 17:41 (UTC +04:00)
Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki Baş konsuluna başsağlığı verib

Bakı. Trend:

Fevralın 7-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu qeyd edib.

Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti