...

Azərbaycan ilk dəqiqədən etibarən Türkiyəyə yardım üçün səfərbər olub - Cahit Bağcı

Siyasət Materials 8 Fevral 2023 16:22 (UTC +04:00)
Azərbaycan ilk dəqiqədən etibarən Türkiyəyə yardım üçün səfərbər olub - Cahit Bağcı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olmuşdur. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olub.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

"Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünüb. Biz bunun şahid olduq, görürük. Çox təşəkkür edirik, sağ olun. Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbir versin və bir daha bizə belə böyük acı yaşatmasın, İnşallah", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti