...

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkili nəzərdən keçirilir - Ryabkov

Siyasət Materials 9 Fevral 2023 13:42 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkili nəzərdən keçirilir - Ryabkov

Bakı. Trend:

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkili məsələsi hazırda nəzərdən keçirilir.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Biz bu ideyadan imtina etmirik. Biz stabilləşmə istiqamətindəki mövcud razılaşmalar çərçivəsində sonrakı proses üçün platforma və format təmin etmək baxımından sahib olduğumuz resurslardan maksimum yararlanmaq istəyirik", - nazir müavini deyib.

Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əvvəlki görüşü 2022-ci ilin oktyabrında Astanada keçirilib. 2022-ci ilin dekabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə danışıqlar zamanı Moskvada növbəti üçtərəfli görüşün təşkilinə və keçirilməsinə hazır olduqlarını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti