...

Ceyhun Bayramov Türkiyədə zəlzələ bölgəsinə gedib, xilasedicilərimizlə görüşüb (FOTO)

Siyasət Materials 11 Fevral 2023 15:15 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə səfər edib.

Trend-in nazirliyin tvitter səhifəsinə istinadən məlumatına görə, səfəri çərçivəsində nazir zəlzələ bölgəsində xilasetmə əməliyyatlarına dəstək göstərən xilasedicilərimizi ziyarət edib.

C.Bayramov zəlzələdən zərər çəkmiş şəxslərin xilas olunması istiqamətində fədakar fəaliyyətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti