...

Prezident İlham Əliyev: Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu

Siyasət Materials 13 Fevral 2023 11:32 (UTC +04:00)
Prezident İlham Əliyev: Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu

Bakı. Trend:

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində söyləyib.

Dövlətimizin başçısı deyib ki, o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu: "Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti