...

Avropa İttifaqı gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək

Siyasət Materials 18 Fevral 2023 13:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tvitter hesabında qeyd edib.

Xatırladaq ki, 23 yanvar 2023-cü il tarixində Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib.

Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti