...

Prezident İlham Əliyev Yaponiya İmperatorunu milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 23 Fevral 2023 11:03 (UTC +04:00)
Prezident İlham Əliyev Yaponiya İmperatorunu milli bayram münasibətilə təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti