Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə əlaqədar olaraq Türkiyəyə dəstək göstərən Rusiya Prezidentinə təşəkkür edib.
Qeyd olunub ki, danışıq zamanı Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.