...

Sergey Lavrov: Rusiya ilə Azərbaycan arasında praktiki əməkdaşlıq çox səmərəli və intensiv inkişaf edir

Siyasət Materials 27 Fevral 2023 22:20 (UTC +04:00)
Sergey Lavrov: Rusiya ilə Azərbaycan arasında praktiki əməkdaşlıq çox səmərəli və intensiv inkişaf edir

Bakı. Trend:

Prezident Putin bizim müttəfiqlik qarşılıqlı fəaliyyətimizin inkişafına şəxsən xüsusi diqqət yetirir.

Trend xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Sergey Lavrov deyib ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi: “Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən, bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir. Buraya həm Sizin Rusiya Federasiyasının Prezidenti ilə mütəmadi təmaslarınız, iki ölkənin hökumətlərinin sədrləri və nazirlər arasında görüşlər daxildir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti