Bakı. Trend:
Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasına töhfə verməyə hazırdır.
Trend -in məlumatına görə, bunu bu gün Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya 3+3 formatında əməkdaşlığı da nəzərdən keçirir.
"Bu platforma həm region ölkələri, həm də onların qonşuları üçün çoxşaxəli əməkdaşlığın yaradılmasına töhfə verir. Biz, həmçinin, Xəzər beşliyi çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəldik, həmçinin, beynəlxalq əməkdaşlıq təşkilatlarının tələb etdiyi ciddi məsələlər üzrə qarşılıqlı əlaqələrimizdən danışdıq”, - nazir bildirib.