...

Sülhdən danışan Ermənistan Qarabağa niyə silah daşıyır?

Siyasət Materials 6 Mart 2023 12:23 (UTC +04:00)
Sülhdən danışan Ermənistan Qarabağa niyə silah daşıyır?
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, döyüş sursatı və yanacağın daşındığını əks etdirən videokadrlar ortaya çıxıb.Kadrlardan açıq aşkar görünür ki, Ermənistandan Xankəndi-Turşsu-Xəlfəli yolundan istifadə etməklə Qarabağa silah, sursat və canlı qüvvə daşınır.

Bu prosesi mütəmadi olaraq aparılır. Dünən Azərbaycan Ordusu tərəfindən isə bu təxribatın qarşısı alındı. Azərbaycan hərbiçiləri qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrini yoxlamağa cəhd etsə də, qarşı tərəf növbəti dəfə təxribata əl ataraq atəş açıb.

Ermənistan siyasi rəhbərliyinin sülh gündəliyindən danışıb, amma realda bu tip addım atması isə bir daha təsdiqləyir ki, Azərbaycana qarşı işğalçı, aqressis siyasət davam etdirilir.

Laçın yolunda azərbaycanlı eko fəalların dinc aksiyası Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadəyə imkan vermir. Ermənistandan isə müxtəlif yollarla Rusiya sülhməramlılarının müvvəqəti "nəzarət"indəki ərazilərə silah, sursat və canlı qüvvə daşınması davam edir.

Bəs sülhdən danışan Paşinyan hakimiyyəti niyə Qarabağa silah daşıyır?

Azərbaycan dəfələrlə müxtəlif platformalarda bəyan edib ki, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır və onların hüquqları da digər vətəndaşlarımız kimi qorunur. Yəni Azərbaycanda Qarabağın erməni sakinlərinə qarşı heç bir təhlükə mövcud deyil.

Deməli, Ermənistan heçdə müdafiə məqsədilə Qarabağa silahlar daşımır. Məlum olur ki, Ermənistan hakimiyyətində revanşist fikirlər nəyinki qalmaqdadır, hətta bu planları icra etməyə də cəhd edilir. Əlbətdə Azərbaycan Ordusu istənilən düşmən təxribatının dəfələrlə qarşısını alıb və alır, İkinci Qarabağ müharibəsində düşmənin cavabını döyüş meydanında verib.

Əgər Ermənistan həqiqətən sülh istəyirsə, bölgədəki vəziyyətin qanunla və sistemli şəkildə nizamlanmasına tərəfdar olmalıdır. Beynəlxalq təşkilatlar və Azərbaycan-Ermənistan arasında məsələlərin müzakirəsində iştirak edən dövlətlər də bu istiqamətdə təşəbbüs göstərməlidir.

İlk növbədə Qarabağa qanunsuz silah daşınmasına son qoyulmalıdır. Bunun üçün isə Azərbaycan-Ermənistan arasında sərhəd-buraxılış məntəqələri yaradılmalıdır. Yalnız bu yolla daşımalara nəzarət etmək mümkündür. Ermənistan isə öz qanunsuzluğunu ört-basdır etmək üçün bu təklifdən imtina edib. Hazırkı vəziyyətdə isə bu yeganə ikitərəfli çıxış yolu ola bilər.

Digər bir tərəfdən isə sülh üçün sülhpərvər təşəbbüslər göstərmək lazımdır. Ermənistan hakimiyyəti Qarabağa qanunsuz yollarla silah daşımaqla sülhə nail ola bilməz, əksinə sülh gündəliyini pozmaqla məşğul olur.

Xəbər lenti

Xəbər lenti