Bakı. Trend:
Azərbaycanın ABŞ-dakı səfiri 41-ci “CERAWeek” Enerji konfransinda iştirak etmək məqsədilə Texas ştatına səfəri çərçivəsində ABŞ-ın “Rice” Universiteti nəzdində fəaliyyət göstərən “Baker” İnstitutda tələbələrlə görüşüb.
Trend xəbər verir ki, görüşdə qlobal və regional məsələlər ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Həmçinin səfir səfəri çərçivəsində ABŞ-ın Texas ştatının Hyuston və ətraf şəhərlərdə yaşayan azərbaycanlılarla görüşüb.