...

Qlobal problemlərin həllində Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm - İtaliya Prezidenti

Siyasət Materials 9 Mart 2023 11:10 (UTC +04:00)
Qlobal problemlərin həllində Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm - İtaliya Prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal problemlərin həllində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm və foruma uğurlar arzulayıram

Trend-in məlumatına görə, bu barədə İtaliya Prezidenti Sergio Mattarellanın 10-cu Qlobal Bakı Forumuna ünvanladığı məktubda qeyd edilib.

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ildən-ilə artır", - deyə S.Mattarella bildirib.

O qeyd edib ki, iqlim dəyişikliyi dövrümüzün ən böyük çağırışıdır.

“Qlobal problemlərin həllində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm və foruma uğurlar arzulayıram”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti