...

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub

Siyasət Materials 14 Mart 2023 11:33 (UTC +04:00)
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub

Bakı. Trend:

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub.

Trend-in məlumatına görə, hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub.

Hesabatda qeyd olunub ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikilistandartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətləri isə görməməzlikdən gəlinir.

Xüsusən 2022-ci ildə aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”.

Ermənistanda Paşinyan hakimiyyəti özünü “demokratik hakimiyyət” kimi təbliğ etsə də, hesabatda əks olunan faktlar deməyə əsas verir ki, onlar öz əməli fəaliyyətlərində demokratiyadan çox uzaq idarəçilik həyata keçirirlər.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu olaraq beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə qarşı həssas olmağa və eləcə də ikilistandartlardan uzaq olmağa çağırır.

Xəbər lenti

Xəbər lenti