...

İranın anti-Azərbaycan hərəkətləri Ermənistanla sıx əlaqələrindən irəli gəlir - Mübariz Qurbanlı

Siyasət Materials 6 Aprel 2023 12:31 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran tərəfindən Azərbaycana qarşı edilən hərəkətlər bu ölkənin Ermənistanla sıx əlaqələrindən irəli gəlir.

Eyni zamanda İran Azərbaycanın güclənməsi, işğala məruz qalmış torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi, Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi təbii ki, İranı və onun hakim dairələrini qıcıqlandırır.

Trend-in məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Din və qlobal təhlükəsizlik” adlı konfrans çərçivəsində jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, İran Azərbaycanın müstəqilliyi bərpa olunandan indiyə qədər ölkəmizə qarşı təxribatçı hərəkətlərini davamlı olaraq həyata keçirir.

“İran siyasi dairələrinin işlətdiyi "qırmızı xətt" kimi terminləri çox anormal görünür.
"Qırmızı xətt" dedikləri işğaldan azad olunmuş ərazilərimiz, Zəngəzurla bağlı məsələlər və digərləri Ermənistan bizim ərazilərimizi işğal edəndə niyə yada düşmürdü?! Lakin indi Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, burada böyük layihələr həyata keçirəndə "qırmızı xətt" deyərək qarşı çıxır. Buna paralel olaraq Ermənistana hərtərəfli dəstək göstərir”, - deyə M.Qurbanlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti