...

Ermənistan Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur - Adil Kərimli

Siyasət Materials 7 Aprel 2023 10:58 (UTC +04:00)
Ermənistan Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur - Adil Kərimli
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hökuməti hazırkı Ermənistanın ərazisində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etməklə, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.

Trend-in məlumatına görə, bunu bu gün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

O qeyd edib ki, Azərbaycan kəndlərinin adları tamamilə dəyişdirilib, qədim tarixi toponimlər erməni adları ilə əvəz edilib.

"Azərbaycanın işğaldan azad edilən torpaqlarnda 30 ilə yaxın işğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən abidələr, məscidlər, görkəmli şəxsiyyətlərin evləri, erməni vandalizminə məruz qalaraq dağıdılıb. Ermənistan hökuməti hazırkı Ermənistanın ərazisində azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etməklə, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur.", - deyə nazir müavini əlavə edib.

A.Kərimli bildirib ki, təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edilir. Zəruri tədbirlər görülməli olduğu halda məqsədli şəkildə hərəkətsizlik mnüşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti