...

Ermənistan beynəlxalq tədbirləri keçirməyə qadir ölkə deyil - ŞƏRH

Siyasət Materials 15 Aprel 2023 16:35 (UTC +04:00)
Ermənistan beynəlxalq tədbirləri keçirməyə qadir ölkə deyil - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan növbəti dəfə öz çirkin xislətini ortaya qoydu. İrəvanda keçirilən beynəlxalq idman yarışında Azərbaycan bayrağı yandırıldı və bu barbar əməli törədən şəxs Ermənistan cəmiyyətində sanki bir “qəhrəman” kimi qələmə verildi.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, 2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılması bir daha onu göstərdi ki, Ermənistan hər hansı bir beynəlxalq tədbirin, ələxsus da beynəlxalq idman yarışının təşkilinə və orada iştirak edənlərin təhıükəsizliyinə zəmanət verməyə qadir bir ölkə deyil.

O qeyd edib ki, baş nazirin iştirak etdityi bir tədbirdə belə bir barbarlıq əməlinin törədilməsi və Ermənistan ictimaiyyəti tərəfindən bunun alqışlanması, bu əməli törədən şəxsin isı qəhrəman kimi qələmə verilməsi bir daha göstərdi ki, erməni xisləti dəyişməz olaraq qalır və bu ölkədə etnik nifrət, rasizm, ksenofobiya, Azərbaycanofobiya möcvuddur.

“Hər kəsə bəllidir ki, idmanın əsas məramı, prinsipi xalqlar arasında dostluğu, qarşılıqlı anlaşmanı, sülhü tərənnüm etməkdən ibarətdir. Belə bir barbarlıq idmanın məqdəs və prinsiplərinə ziddir, idman heç zaman siyasiləşdirilə bilməz. Buna görə də beynəlxalq idman təşkilatları, xüsusən Avropa Ağır Atletika Federasiyası Ermənistana qarşı sanksiya tətbiq etməlidir, bu qeyri-humanist əməl cəzasız qalmamalıdır.

Bundan sonra Ermənistanda tədbir keçirmək istəyən qurumlar ilk növbədə özlərinə sual verməlidir ki, orada təhlükəsizlik təmin edilə bilərmi və bu tədbirin yüksək səviyyədə keçirilməsinə zəmanət varmı?”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, ermənilərin Azərbaycan bayrağına qarşı törətdikləri vəhşilik bir daha onu göstərir ki, ermənilər Azərbaycana qarşı nifrət hisslərini daha da genişləndiriblər və öz vəhşiliklərini bir daha nümayiş etdirdilər.

“Birincisi bu, yolverilməz bir haldır. Ermənistan ölkə olaraq olaraq təşkilatı məsələlərə çox ciddi nəzər yetirməli idi. Amma biz gördük ki, Ermənistanda həmin şəxs alqışlarla qarşılandı və onu İrəvanda qəhrəmanlaşdırırlar. Xüsusi qeyd etmək lazımdır ki, idman yarışlarını siyasiləşdirmək qətiyyət qəbulediməzdir.

Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tətbirlər, o cümlədən idman yarışları keçirilib və orada heç zaman Ermənistan komandasına, bayrağına qarşı hörmətsizlik olmayıb. Çünki Azərbaycan xalqı sivil, sülhsevər xalqdır, ermənilər isə bu vandal hərəkətləri ilə bir daha göstərdilər ki, onlar azərbaycanlılara qarşı nifrət hissi ilə yaşayırlar və bu, onların vəhşiliyini bir daha dünyaya göstərmiş oldu. Ermənilər bu cür cılız addımlar atmaqla guya ki, hər hansı bir "qəhrəmanlıq" edirlər, amma özlərini daha acınacaqlı vəziyyətə salırlar.

Artıq dünya susmamalı və bu vandalism qətiyyətlə pisləməlidir. Beynəlxalq idman təşkilatları Ermənistana ciddi təsir göstərməli və sanksiyalar tətbiq etməlidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti