...

Fransanın Ermənistana bir dəfə də olsun çağırış etməsininin şahidi olmadıq - Ceyhun Bayramov

Siyasət Materials 27 Aprel 2023 14:20 (UTC +04:00)
Fransanın Ermənistana bir dəfə də olsun çağırış etməsininin şahidi olmadıq - Ceyhun Bayramov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz Fransanın bir dəfə də olsun Ermənistana çağırış etməsininin şahidi olmadıq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə bugünkü mətbuat konfransında deyib.

"Fransa Ermənistanın Azərbaycan ərazilərində qanunsuz əməllərinə, qanunsuz silahlı qruplaşmalar saxlamasına heç bir etiraz etmədi, çağırış etmədi. Fransa prezidentinin də iştirakı ilə bəyanat imzalanmışdı, ancaq biz şahidi olmadıq ki, Fransa Ermənistana hər hansı bir çağırış etsin. Bu, bölgədə gərginliyin bir nömərli səbəbidir", - nazir əlavə edib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti