...

Prezident İlham Əliyev: Hər şeyi bundan sonra texnologiyalar həll edəcək

Siyasət Materials 10 May 2023 10:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Hər şeyi bundan sonra texnologiyalar həll edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialının olduğunu, gələcəyin də məhz bu istiqamətdə inkişaf edəcəyini diqqətə çatdıran dövlətimiin başçısı bildirib: “Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.

Xəbər lenti

Xəbər lenti