...

Ermənistan təxribata əl ataraq növbəti danışıqların təxirə salınmasına çalışır - Vüqar İskəndərov

Siyasət Materials 11 May 2023 19:36 (UTC +04:00)
Ermənistan təxribata əl ataraq növbəti danışıqların təxirə salınmasına çalışır - Vüqar İskəndərov

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Düşünmək olardı ki, 2020-ci ildə Ermənistan Azərbaycan qarşısında uğradığı acınacaqlı məğlubiyyətdən yetərli dərs çıxaracaq. Lakin görünən odur ki, bu ölkə öz qara əməllərini davam etdirir və daha bir məğlubiyyət acısı yaşamaq istəyir”.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması Ermənistanın məqsədli şəkildə vəziyyəti gərginləşdirmək üçün atdığı addımdır:

“Bu cür düşünməyə əlimizdə kifayət qədər əsaslar var. Azərbaycan hərbçisinin hədəfli atəş nəticəsində yaralanması Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunmasını və deməli, təxribatın məqsədli şəkildə törədildiyini nümayiş etdirir”.

Deputat deyib ki, bunun kökündə Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaqdan yayınmaq istəyi dayanır:

“Ermənistan rəhbərliyi Vaşinqtonda keçirilmiş danışıqlarda bir daha dalana dirəndi. O danışıqlar zamanı ağır vəziyyətə düşən Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanınması tələb olundu. Eyni halın Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də yaşanacağı qaçılmaz idi. Buna görə də mövcud Ermənistan hakimiyyəti durumu gərginləşdirmək üçün ənənəvi metod olan təxribata əl atır. Yəni onlar bununla növbəti danışıqların təxirə salınmasına çalışırlar”.

Deputat vurğulayıb ki, bu cəhdlər əbəsdir: “Ermənistan ya sülhlə razılaşacaq, ya da yenidən “Dəmir yumruq” zərbəsini öz başı üzərində hiss edəcək. Qoy bunu həmin ölkəni idarə edənlər unutmasınlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti