...

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər - Şarl Mişel

Siyasət Materials 14 May 2023 20:49 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Brüssel. Trend:

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bunu Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında deyib.

"Sərhəd məsələlərinə gəlincə, biz sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistan və Azərbaycanın müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq," - deyə o bildirib.

Xatırladaq ki, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti