...

Azərbaycanın nəqliyyat coğrafiyası genişlənir - Ermənistan çarəsizliyini anlayır

Siyasət Materials 26 May 2023 13:19 (UTC +04:00)
Azərbaycanın nəqliyyat coğrafiyası genişlənir - Ermənistan çarəsizliyini anlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Moskvada baş tutan Avrasiya İqtisadi Şurası iclası onu göstərdi ki, Azərbaycanın böyük Avrasiya qitəsində rolu artmaqdadır.

Bu barədə Trend-ə açıqlamasında İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə deyib.

O qeyd edib ki, yol nəqliyyat layihələrinin həyata keçirilməsi bu rolun artmasına təkan verir.

"Əlbəttə ki, müxtəlif infrsturuktur layihələrdən söhbət gedərkən, son zamanlar Zəngəzur dəhlizi ideası daha çox səsləndirilir. Çünki bu yalnız Azərbaycana yox, digər ölkələrə də, hansılarla ki, Aəzrbaycan sıx əməkdaşlıq edir, onlara əlavə imkanlar açır. Bu ölkələrə yeni nəqliyyat coğrafiyalarını birləşdirilməsinə şərait yaradır. Zəngəzur dəhlizi ideasının reallaşdırılması ilə Azərbaycanla qonşu olan ölkələr xüsusilə də Avrasiya İttifaqı ölkələri Türkiyə vasitəsilə Aralıq Dəniz, Şərqi Avropa, Yaxın Şərq ölkələri ilə rabitələrin qurulmasına nail ola bilərlər. Bunun üçün müavfiq imkanlar açılır", - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Ermənistanın destruktiv siyasəti bu layihənin reallaşdırlmasında müəyyən əngəllər törədir.

"Amma son gedişatlar, Moskva görşüləri ondan xəbər verir ki, bu məsələdə irəliləyişlər gözləmək olar. Emrəni tərəfi artıq bəyan edir ki, İrəvan üçün də bu layihədə müyyən dərəcədə maraqlıdır. İrəvan da layihəyə müəyyən şərtlərlə qoşulmağa hazırdır. Biz bu şərtləri qəbul etmirik. Layihənin reallaşması bu şərtləri də aradan qaldıracaq. Reallıq hər zaman öz sözünü deyir. Zəngəzur dəhlizinin reallaşmasına heç nə mane olmur və ola bilməz. Geci-tezi bu layihə reallaşdırılacaq. O da öz növbəsində Azərbaycanın nəqliyyat coğrafiyasını genişləndirəcək", - deyə İ.Vəlizadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti