...

Kılıçdaroğlu Rusiya-Türkiyə əlaqələrinə zərbə vurmaq niyyətindədir - Çavuşoğlu

Siyasət Materials 27 May 2023 00:03 (UTC +04:00)
Kılıçdaroğlu Rusiya-Türkiyə əlaqələrinə zərbə vurmaq niyyətindədir - Çavuşoğlu

Trend-i buradan izləyin

Bakı. Trend:

Kılıçdaroğlu Rusiya-Türkiyə əlaqələrinə zərbə vurmaq niyyətindədir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Kılıçdaroğlunun Rusiyanı Türkiyənin seçki prosesinə müdaxilə etməsi ilə bağlı ittiham etməsi, iki dövlət arasındakı münasibətlərə xələl gətirir.

"Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini də bildirib. Bu, Rusiyadan Türkiyəyə gələn turist sayına ciddi şəkildə təsir edib" - deyə o bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə müstəqil dövlətdir və heç bir dövlət onun daxili məsələlərinə müdaxilə edə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti