...

Şuşada inkişafı, bərpanı görmək çox gözəldir - İsmail Serageldin

Siyasət Materials 7 İyun 2023 09:44 (UTC +04:00)
Şuşada inkişafı, bərpanı görmək çox gözəldir - İsmail Serageldin
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Bu gün burada - Şuşada inkişafı, bərpanı görmək çox gözəldir.

Trend-in məlumatına görə, bu barədə bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

“Gələcək və ətraf mühitin yenidən qurulması iqtisadi artımı təşviq edir. Bununla yanaşı yaşıl enerji potensialı bölgəni davamlı inkişafa aparacaq. Artıq buraya üçüncü dəfədir ki, gəlirik. Bu gün keçirilən tədbirdə də iqtisadiyyat, ətraf mühit, enerji və bir sıra mövzuları müxtəlif aspektlərdən müzakirə edəcəyik”,- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti